“Facebook” əfsanəsi puç olur...
31 yanvar 2013 12:32 (UTC +04:00)

“Facebook” əfsanəsi puç olur...

Dünyanın nəhəng sosial şəbəkəsi olan “Facebook”-un xalis mənfəəti il ərzində 95 faiz azalıb.

 

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, əgər 2011-ci ildə 1 milyard dollar mənfəət olubsa, 2012-ci ilin yekunları üzrə bu göstərici  53 milyon dollara qədər azalıb.

 

Sosial şəbəkənin illik mənfəətinin bir səhmə nisbəti bir il əvvəlki 0,46 dollarla müqayisədə 0,01 dollar səviyyəsində olub, mədaxil isə 2012-ci il ərzində 37 faiz artaraq 5 milyard dollara çatıb. 2012-ci ilin dördüncü rübündə sosial şəbəkənin xalis mənfəəti 79 faiz – 64 milyon dollaradək və ya bir səhm üçün 0,03 dollaradək azalıb. Rüblük mədaxil 2011-ci ilin analoji dövrünə nisbətdə 40 faiz artaraq 1,59 milyard dollaradək yüksəlib.

 

Xatırladaq ki, şirkət istifadəçi bazasının genişləndirilməsinə və reklamçıların cəlb edilməsinə xeyli maliyyə vəsaiti xərcləyib, lakin maliyyə hesabatı dərc olunduqdan sonra “Nasdaq” birjasında qiymətli kağızların dəyəri təxminən 11 faiz azalıb. Gələcək perspektivlər barədə danışan şirkət rəhbəri Mark Sukerberq deyib ki, “Facebook” şirkət daxilində xərcləri artırmağı planlaşdırır, çünki sosial şəbəkə işçi heyətinin sayını artırmaq, istifadəçi və reklamçılar üçün yeni məhsullara sərmayə yatırmağı planlaşdırırlar. 2013-cü ildə “Facebook” mobil qurğular üçün nəzərdə tutulan servislərin işlənib hazırlanmasına və yeni reklam məhsulları üzərində işə başlayacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1555
avatar

Oxşar yazılar