“Ermənilər faşistlər kimi günahsız insanları öldürür” 
06 iyul 2017 16:54 (UTC +04:00)

“Ermənilər faşistlər kimi günahsız insanları öldürür” 

0




“Müharibələr uşaqların gələcəyini əlindən alır. Qərb isə buna susur”. 


 
Niderlandda yaşayan soydaşımız, bu ölkənin Jurnalistlər Birliyinin üzvü, “Connect” təşkilatının sədri Vüqar Abbasovun Niderland mətbuatında çıxan növbəti yazısı belə adlanır. Yazıda qeyd olunur ki, Suriya, İraq kimi ölkələrdə müharibələr gedir: “Bundan xəbərdarıq, ancaq bəzi ölkələrin müharibələr nəticəsində nələr gördüyündən xəbərimiz yoxdur, yaxud da özümüzü xəbəri yoxmuş kimi göstəririk. Belə ölkələrdən biri də Azərbaycandır. Bu ölkənin 20% - dən çox ərazisi, Dağlıq Qarabağ və yeddi başqa rayonu 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır. 1992-ci ildə erməni-rus hərbi birləşmələri Xocalıda çoxsaylı insanları, eləcədə uşaqları qətl etdilər. Biz isə bunları görmədik, ya da görmək istəmədik. Biz susduqca, dünyada bu cür qətliamlar davam edəcək”.
 
Müəllif Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhranın öldürülməsi barədə məlumat verib. 
 
“1994-cü ildən Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi bağlansa da, bu müddətdə azərbaycanlı 32 uşaq erməni gülləsinə tuş gəlib, onlardan 13-ü həlak olub. Rus-erməni hərbçiləri Azərbaycan ərazilərini işğal edir, dünya susur. BMT-nin dörd qətnaməsinə Ermənistan məhəl qoymur, dünya susur. Ermənistan II dünya müharibəsində faşistlərin etdiyi kimi, günahsız insanları öldürür” – deyə, yazıda qeyd olunub.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar