“Elektron hökumət” əczaçılıq fəaliyyətini asanlaşdırdı
31 iyul 2013 13:57 (UTC +04:00)

“Elektron hökumət” əczaçılıq fəaliyyətini asanlaşdırdı

 

Özəl tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər lisenziya almaq üçün “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada müraciət edə bilərlər.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, artıq Səhiyyə Nazirliyinin “Tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (lisenziya) alınması üçün e-müraciət” xidməti portala inteqrasiya edilib. 

 

Xidmətin göstərilməsi üçün ərizə forması “e-gov.az” internet ünvanında doldurulur, tələb olunan sənədlərin skan edilmiş surətləri elektron formada əlavə edilərək göndərilir.

 

Qeyd edək ki, xidmətin yerinə yetirilməsinə nəzarəti Səhiyyə Nazirliyinin Ümumi şöbəsi və Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar