“Bakıelektrikşəbəkə” ASC Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə “APA-Economics”ə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
O bildirib ki, bayram günlərində enerji istehlakçılarının fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görüləcək: “Qurum 24 saat növbətçilik əsasında işləyəcək. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib”.
T. Mustafayevin sözlərinə görə, əhalinin sıx gəzib-dolaşdığı yerlərdə baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması üçün tapşırıqlar verilib və işçi qrupları ayrılıb. Yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Operativ qruplar vasitəsilə yaranmış fasilələrin dərhal operativ aradan qaldırılması mümkün olacaq”.