“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Hərəkət Xidmətinə baş xəzinədar, Xəzinədar və Avtomatik buraxılış məntəqələrinin nəzarətçisi peşələri üzrə işə qəbul elan edir. Bu barədə Lent.az-a qurumun mətbuat xidmətindən məlumat verilib. İşə qəbul olmaq istəyənlərin yaşı 25-45 yaş arası olmalıdır. Orta ixtisas və ali təhsili olanlara üstünlük veriləcək.
İşçilər üçün aylıq əmək haqqı 250 manat müəyyənləşib.
Qeyd olunan vakant yerlərdə işləmək Məlumat Anketlərini [email protected] e-mail ünvanına göndərməlidirlər.
Məlumat Anketlərinizi göndərərkən aşağıdakılar nəzərə alınmalıdır:
Mövzu yerinə peşənin adını yazın.
Əvvəlki iş yerlərinizdəki iş öhdəliklərinizi ətraflı qeyd edin.
Azərbaycan dilində göndərin.