Abşeronun Novxanı qəsəbəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah gün ərzində paytaxtın bir sıra qəsəbələrində su məhdudiyyətlə veriləcək. Bu barədə Lent.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, oktyabrın 25-də Saray, Novxanı, Mehdiabad, Goradil və Fatmayı qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
“Azərsu”: Məhdudiyyətlər olacaq
959