
“Azərişıq” şimal regionunda elektrik şəbəkələrini yenidən qurur
“Azərişıq” ASC ölkənin bütün bölgələrində həyata keçirdiyi tikinti, yenidənqurma və bərpa işlərini Şimal regionunda da davam etdirir. İstismar müddətini başa vurmuş yarımstansiyalar, transformator məntəqələri, hava elektrik verilişi xətləri yenidən qurulur. Texniki itkilərin minimuma endirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində həyata keçirilən tikinti-yenidənqurma işləri 2018-ci ildə də davam etdirilir.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, 2018-ci ilin birinci rübündə Xızı rayonunun ərazisində 35 kV-luq “Baxışlı” yarımstansiyasının tikintisi yekunlaşaraq Yaşma kəndi ərazisində 2 km uzunluğunda yeni 20 kV-luq “Su anbarı” hava xətti çəkilib. Hazırda Su anbarını qidalandırmaq üçün 20/0,4 kV-luq yarımstansiyanın tikintisinə başlanılıb.
Quba rayonunda 35 kV-luq “Mirzəqışlaq” yarımstansiyası tikilib və 4,2 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib. Hazırda Quba rayonunun Barlı və Vəl-Vələ kəndlərində yeni Komplekt Transformator Məntəqələri (KTM) qurlaşdırılır və onların ətrafı Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) yenidən qurulur.
Siyəzən rayonunun mərkəzində 35 kV-luq yeni yarımstansiya inşa edilib və 4 km uzunluğunda 35 kV-luq hava xətti çəkilib.Rayonun Altıağac hava xəttində 35 kV-luq dayaqların bir hissəsi dəyişdirilib,Yaşma ərazisində 35 kV-luq yüksək gərginlikli elektrik dayaqları yenilənib.
Xaçmaz rayonunun Köhnə Xudat və Qobuqırağı kəndlərində hal-hazırda yeni KTM-lər qurlaşdırılır, 0,4 kV-luq naqillər ÖİN (SİP) kabellərlə əvəzlənir. Yeni KTM-lərin qurlaşdırılması və aşağı gərginlikli hava elektrik verilişi xətlərinin yenidənqurulması işləri Qusar rayonunun Balaqusar kəndində və Şabran rayonunun mərkəzində də həyata keçirilir.
Oxşar yazılar

Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10