Xatırladaq ki, Bakı Şəhər Təhsil İdarəsi( BŞTİ) ötən ilin noyabrın 26-dan dekabrın 25-nəcən olan müddəti “Azərbaycan tarixi fənn aylığı” elan etmişdi. Bu gün həmin aylığın yekun tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutan tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin rəhbərliyi, millət vəkilləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Bakı Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, millət vəkili, akademik Ziyad Səmədzadə, ADPU - nun kafedra müdiri Vəli Əliyev çıxış edərək, tədbir barədə fikirlərini bölüşüblər. Daha sonra müsabiqə qaliblərinin adları açıqlanıb və onlar mükafatlandırılıb.
Qeyd edək ki, “Azərbaycan tarixi fənn aylığı” 4 nominasiya üzrə keçirilib.
Fənn aylığı BŞTİ – nin tabeliyində olan ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı, VII - XI sinif şagirdlərini əhatə edib və üç mərhələdə olub. Hər nominasiya üzrə qaliblərə diplom verilib. Fəallığı ilə seçilən iştirakçılar isə həvəsləndirici diplomla mükafatlandırılıblar.