“Azərbaycan Könüllülük Xidməti” Proqramı 2014-cü il üzrə “İlin Könüllüsü”nü seçib. Mükafata proqramın Koordinasiya Şurasının qərarı əsasında Balakən Gənclər Evini təmsil edən Fuad Mikayılov layiq görülüb. Lent.az-ın məlumatına görə, mükafatlandırma Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) “İlllik Hesabat Konfransı”-da həyata keçirilən “Azərbaycan Könüllülük Xidməti” Proqramının təqdimatı zamanı baş tutub. Təqdimat zamanı çıxış edən “Azərbaycan Könüllülük Xidməti” Proqramının rəhbəri Hüsniyyə Qafarova 2014-cü ildə proqram çərçivəsində Balakən, Goranboy, Göygöl, Şəmkir, Tərtər, Yevlax, Zərdab, Sabirabad, Mingəçevir, Qusar, Quba, Lənkəran və Bakı şəhərindən Suraxanı, Sabunçu və Xəzər rayonlarında yerləşən Gənclər Evi və Mərkəzlərindən 15 qrup rəhbəri və 20 könüllü seçildiyini qeyd edib. Onun sözlərinə görə, hər bir könüllü siğortalanıb. Könüllülük müqaviləsi əsasında daimi yaşayış yerlərindən fərqli regionda yerləşən Gənclər evi və Mərkəzlərində öz bacarıqlarına uyğun olaraq könüllü fəaliyyətini həyata keçiriblər.
Azərbaycanda “İlin Könüllüsü”seçilib
336