“Azərbaycan” Nəşriyyatının direktoru Ağabəy Əsgərov “Azadlıq” qəzetinə nəşriyyata olan borcun ödənilməsi barədə xəbərdarlıq məktubu göndərib.
Bu barədə Lent.az-a “Azadlıq” qəzetindən bildirilib.
Məlumata görə, nəşriyyat direktoru “Azadlıq” qəzetinə borclarını ödəmək üçün noyabrın 12-dək vaxt verib. A.Əsgərovun məktubunda bildirilib ki, əgər qəzet bu tarixə qədər nəşriyyata olan borcunu ödəməsə, qəzetin çapını dayandıracaqlar.
Qeyd edək ki, “Azadlıq” qəzetinin “Azərbaycan” Nəşriyyatına 24 min AZN-dən çox borcu var.