“Asan xidmət”dən paytaxt sakinlərinə şad xəbər
07 fevral 2013 14:03 (UTC +04:00)

“Asan xidmət”dən paytaxt sakinlərinə şad xəbər

2 saylı Bakı "ASAN xidmət" mərkəzi yaxın vaxtlarda fəaliyyətə başlayacaq. Bu barədə Lent.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bununla da paytaxtda fəaliyyət göstərəcək xidmət mərkəzlərinin sayı ikiyə çatdırılacaq.

 

Xatırladaq ki, 1 saylı “Asan xidmət” mərkəzi yanvarın 15-dən etibarən fəaliyyətə başlayıb. Mərkəz Bakı şəhərinin Nəsimi və Nərimanov rayonlarının sakinləri olan vətəndaşlara xidmət göstərir.

 

Qeyd edək ki, gələcəkdə “ASAN xidmət” mərkəzləri regionlarda da yaradılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3539

Oxşar yazılar