“Akkreditasiya haqqında” qanun layihəsi hazırlanıb
23 yanvar 2013 14:49 (UTC +04:00)

“Akkreditasiya haqqında” qanun layihəsi hazırlanıb

Dövlət Komitəsi qanun layihəsini Nazirlər Kabinetinə təqdim edib

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Akkreditasiya haqqında” qanun layihəsi Azərbaycan Respublikasının akkreditasiya sistemini formalaşdırmaq və fəaliyyət qaydalarını təkmilləşdirmək, eləcə də akkreditasiya edilmiş uyğunluğun qiymətləndirilməsi orqanları tərəfindən verilmiş sertifikat, sınaq, kalibrləmə və inspeksiya hesabatlarının tanınmasını, istehlakçıların, digər maraqlı tərəflərin  uyğunluğun qiymətləndirilməsi nəticələrinə dair əminliyini təmin etmək, o cümlədən akkreditasiya vasitəsilə mümkün dərəcədə ticarətdə texniki maneələri azaltmaq və ya aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Akkreditasiya sistemini beynəlxalq və regional akkreditasiya sisteminə uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

 

Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qanun layihəsinin hazırlanmasında Avropa Birliyinin Komitə ilə birgə həyata keçirdiyi “Twinning” layihəsinin beynəlxalq mütəxəssisləri iştirak ediblər.

 

Qısa müddət ərzində bu sənəd ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin xarici və yerli mütəxəssisləri tərəfindən Ümumdünya Ticarət Təşkilatının və Avropa Birliyinin tələbləri əsasında təkmilləşdirilib və beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılıb. “Akkreditasiya haqqında” qanun layihəsi Nazirlər Kabinetinə təqdim edilib. Qanun layihəsi Azərbaycan Respublikasının akkreditasiya sisteminin əsas prinsiplərini, ümumi tələbləri,  uyğunluğun qiymətləndirilməsi təşkilatlarının (orqanlar və ya laboratoriyalar) akkreditasiya sistemini idarə edən milli akkreditasiya orqanının iş prinsiplərini, akkreditasiya proseduralarını, akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın əsaslarını və onların standartlarını müəyyən edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Oxşar yazılar