“Akademiya şəhərciyində maşınlar saxlanılmamalıdır. Bu məsələ də bizi narahat edir”. Lent.az-ın məlumatına görə, bunu AMEA prezidenti Akif Əlizadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. A. Əlizadə onu da bildirib ki, həmin ərazi hasara alınacaq: “Həmin şəhərciyin yanında fontan var. Ora Bakı İcra Hakimiyyətinin tabeçiliyindədir. İstəyirik ora AMEA-ya verilsin, yəni bütün o ərazi bizim olsun”.
Akademik onu da vurğulayıb ki, Azərbaycan alimlərinin I qurultayı keçiriləcək: “AMEA-nın 70 illik yubileyinə hazırlıq işləri görülür. Bu yubileyin təntənəli şəkildə qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldıracağıq”.
“Akademiya şəhərciyində maşın saxlanılmamalıdır”
887