Prezident yanında Gənclər Fondu və “İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakı şəhərində “Şəxsi İnkişaf Akademiyası” adlı layihə həyata keçiriləcək. Lent.az-ın məlumatına görə, layihədə respublikanın 11 regionunu və paytaxta fəaliyyət göstərən 10 ali təhsil müəssisəsi təmsil olunacaq. Layihə 40 gəncin iştirakı ilə baş tutacaq.
Prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq hazırlanmış Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramında da region gənclərinin inkişafı və qərar qəbuletmədə iştirakçılığının artırılması öz əksini tapıb.
Qeyd edək ki, “Şəxsi İnkişaf Akademiyası” koordinatorluqlarda fəaliyyət göstərəcək gənclərin idarəetmə bacarığının, intellektual və yaradıcılıq qabiliyyətinin artırılması üçün nəzərdə tutulub.