“Asan xidmət” mərkəzlərinin səlahiyyətləri artırıla bilər
31 yanvar 2013 12:12 (UTC +04:00)

“Asan xidmət” mərkəzlərinin səlahiyyətləri artırıla bilər

“Asan xidmət” mərkəzlərində təmsil olunan dövlət qurumlarının xidmət siyahısı prezidentin fərmanı ilə müəyyən edilib”.

 

 Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib.

 

İnam Kərimov deyib ki, “Asan xidmət” mərkəzinin həyata keçirəcəyi yeni vəzifələr fərmana daxil ediləcəyi təqdirdə qurumun səlahiyyətləri artırıla bilər: “Asan xidmət” mərkəzlərinin yaradılmasında məqsəd əhaliyə göstərilən xidmətləri asanlaşdırmaqdır. Əgər gələcəkdə fərmana dəyişiklər olacaqsa, həmin müəyyənləşdiriləcək yeni xidmətlər həyata keçiriləcək”.

Qeyd edək ki, 1 saylı Bakı "ASAN xidmət" mərkəzi yanvarın 15-dən etibarən fəaliyyətə başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313

Oxşar yazılar