“9-cu sinifdə təhsil alan şagirdlərin müvafiq fənn üzrə buraxılış qiyməti (o cümlədən “iki” qiyməti ) onların şəhadətnaməsinə qeyd olunacaq”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, “iki” alan 9-cu sinif şagirdləri 10-cu sinifdə təhsillərini davam etdirəcəklər.
Mətbuat katibi onu da vurğulayıb ki, “iki” qiyməti alan 9-cu sinif şagirdləri üçün yenidən imtahan keçirilməyəcək. “Bir məsələni də qeyd edim ki, 9-cu sinif üzrə keçirilən buraxılış imtahanı ilə bağlı statistika işləri hələlik tamamlanmayıb. Bu iş yekunlaşdıqdan sonra “iki” qiyməti alan 9-cu sinif şagirdlərinin sayını açıqlayacağıq” - deyə, E. Nağızadə əlavə edib.