“2013-cü il dini sahə ilə bağlı uğurlu il hesab olunur”. Lent.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib. O qeyd edib ki, ötən il Sumqayıt və Şamaxı Cümə məscidləri, Qəbələdə Yeni Məscid kompleksi istifadəyə verilib, Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunun Binə qəsəbəsində İmam Rza məscidi əsaslı təmir olunub, eləcə də Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı olub.
E. İskəndərov həmçinin 2013-cü ildə maarifləndirmə sahəsində görülən işlərə də toxunub: “2013-cü ildə DQİDK din-dövlət münasibətləri sahəsində icmalarla maarifləndirmə işi, dini qurumlarla olan problemlərin həlli, milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində 150-dən artıq tədbir həyata keçirib”
Komitə sədri onu da vurğulayıb ki, dini dözümsüzlüyü təbliğ edən cərəyanlarla fikir mübarizəsi aparmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və QMİ Azərbaycanın 3 bölgəsində kurslar təşkil edib.
“İlk dəfə olaraq, 40-dan çox dini icma “Dini icmaların sosial layihələrinə dəstək proqramı”na cəlb edilib”.

“2013-cü il dini sahə baxımından uğurlu hesab olunur”
Oxşar yazılar

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09
Vanqa və "yaşayan Nostradamus"dan 2025-ci il üçün eyni sensasiyalı PROQNOZ
21 iyul 2025 , 17:12
Bakıda bu avtobus zolaqlarında sərnişin düşürməyə icazə verildi
21 iyul 2025 , 15:58
Bakı metropoliteninə yeni mətbuat katibi təyin edildi
21 iyul 2025 , 15:18