“Son 5 ildə Azərbaycanda 100-dək orqan köçürülməsi əməliyyatı keçirilib”. Lent. az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev Bakıda “Trasplantologiya və anesteziologiya” mövzusunda keçirilmiş beynəlxalq konfransda bildirib. Nazir müavinin sözlərinə görə, bütün əməliyyatlar ən müasir avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrində baş tutub.
E. Ağayev onu da qeyd edib ki, 1971-ci ildə respublikamızda ilk dəfə olaraq 4 böyrək köçürülməsi əməliyyatı keçirilib. Azərbaycanda trasplantologiya üzrə mükəmməl qanunvericilik bazası mövcuddur.