634 km kəndin yolunun təmir-tikintisi başa çatacaq
16 yanvar 2013 04:21 (UTC +04:00)

 634 km kəndin yolunun təmir-tikintisi başa çatacaq

Bu il 634 km uzunluğunda kənd yollarının təmir-tikintisi başa çatdırılacaq. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

 

Nazir qeyd edib ki, ötən il kənd yollarını əhatə edən 18 layihə üzrə işlərə başlanılıb və cari ildə bu işlərin tam başa çatdırılması nəzərdə tutulub: «Bunun nəticəsində 634 km kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq ki, bu da respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir».

 

Ş.Mustafayev əlavə edib ki, bununla yanaşı, 61 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri həyata keçirilir və cari ildə bu layihələrdən bir neçəsinin başa çatdırılması nəzərdə tutulur.

 

Eyni zamanda, 2012-ci ildə ölkədə 268 məktəb, 62 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyekt tikilib və ya əsaslı təmir olunub. Hazırda 420-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir: «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində 134 məktəb və 71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılıb, hazırda isə 85 sosial obyektin təmir-tikintisi isə davam etdirilir».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Oxşar yazılar