Azərbaycanın Romantic dəb brendinin xüsusi təqdimata ehtiyacı yoxdur: rəqəmlər və faktlar onun nə dərəcədə yüksək populyarlığa malik olduğunu əlavə sözlərsiz də aydın göstərir - 7 il ərzində şirkət Bakıda və Azərbaycanın digər şəhərlərində 20-dən artıq mağaza açıb! Çoxsaylı pərəstişkarların söylədiyi kimi, Romatic artıq çoxdandır ki, adi brenddən hamının tanıdığı və sevdiyi xalq brendinə çevrilib.
Deviz “Hamı dəblə geyinsin!” olan Romantic-də 36-54 ölcudə geyimlər, həmçinin burada hamilə qadınlar və 3-14 yaş arası uşaqlar üçün də kolleksiyalar təqdim edilir. Brendin istənilən mağazasında nəinki zövqləri, hətta fantaziyaları belə təmin edəcək qədər çeşid var!
Hazırda Romantic arasında AdilIşık, DeFacto, MissPoem, AVVA, NCS və digərləri də olmaqla, 20-dən artıq populyar türk brendinin geyim, ayaqqabı və aksessuarlarını satmağa dair eksklüziv hüquqlara malikdir. Bundan əlavə, 2014-cü ilin payızından Romantic təqdim etdiyi brendlər arasına ispan dəb brendi Punto Roma markasını (40-54 olculəri) da əlavə edib.
Yenidən rəqəmlərə qayıdaq. Bir müddət əvvəl şirkətlərin sosial mediadakı kampaniyalarının effektivliyinin təhlili və qiymətləndirilməsi ilə məşğul olan dünyaca məşhur Socialbakers.com analitik portalı Facebook sosial şəbəkəsində Azərbaycan üzrə brendlərin ən populyar internet səhifələrinin reytinqini dərc edib. 451540 nəfər fanla https://www.facebook.com/romanticazerbaijan (məqalənin hazırlandığı vaxta olan göstərici) Romantic bir çox tanınmış və güclü rəqibini geridə qoyaraq, ilk pillədə yer tutub (http://www.socialbakers.com/statistics/facebook/pages/total/azerbaijan/brands/). Socialbakers.com-un digər reytinqində Romantic yenə də liderlər arasındadır – aparılmış təhlilin nəticələrinə görə, onun fan-səhifəsi azərbaycanli lokal fanlar üzrə Facebook məkanında onluqdadır (http://www.socialbakers.com/statistics/facebook/pages/total/azerbaijan/)
Əldə olunmuş nailiyyətlər şirkəti həqiqətən də qanadlandırır, lakin Romantic öz uğurunu müştərilərinə borclu olduğunu bir an da olsa unutmur və dayanmadan inkişaf edir – şirkətin rəhbərliyi gözəl anlayır ki, zirvəyə yüksəlmək çətindir, lakin zirvəni fəth etdikdən sonra orada qalmaq daha da çətindir! Amma dəbin nəbzini dinləyərək həmişə zamanla birgə addımlayan və əlbəttə ki, daim müştəriləri barədə düşünən peşəkar komandaya görə narahat olmağa dəyərmi? Axı şirkətin şüarı “Hamı dəblə geyinsin”dir! Olsun – biz buna yalnız sevinərik!