® “Anam üçün!” kampaniyasının uğuru azərbaycana səs saldı!
Procter & Gamble-dan Azərbaycan istehlakçıları üçün “Anam üçün!” kampaniyası!
“Anam üçün!” kampaniyasına qoşulanları P&G-dən minlərlə hədiyyə gözləyir!
Avropa Oyunlarının ilk rəsmi tərəfdaşı Procter & Gamble-dan möhtəşəm “Anam üçün!” kampaniyası!
Qeyd: Hər bir resurs istədiyi məqalə adını seçə bilər.
Tanınmış “Təşəkkürlər Ana!” kampaniyasının təşkilatçısı olan Procter & Gamble şirkəti bu dəfə Azərbaycanda Bakı 2015 Avropa Oyunları ilə tərəfdaşlığına həsr olunmuş “Anam üçün!” aksiyasını həyata keçirir. Aksiya çərçivəsində Azərbaycan istehlakçılarına P&G məhsulları ilə bağlı bir çox xoş an yaşamaq şansı veriləcək. Ən əsası isə bu kampaniya bizə öz analarımız üçün bizi böyüdüb başa çatdırdıqlarına, ömür boyu bizə bəxş etdikləri zəhmət və sevgilərinə görə təşəkkürümüzü bildirməyə imkan verib. Kampaniya Bakı 2015 Avropa Oyunlarına qədər davam edəcək. Bununla bağlı çəkilmiş video çarx isə artıq bir çoxumuzun qəlbini fəth etdi.
Qarşıda bizi bu kampaniya ilə bağlı bir çox maraqlı sürprizlər gözləyir. İzlədiyiniz analara və idmançılarımıza həsr olunmuş video çarx sürprizlərdən biridir. Bu videoda Azərbaycan Milli Volleybol yığmasının üzvü Ayşən Abduləzimova və Dünya və Avropa çempionu olan güləşçimiz Rövşən Bayramov qarşıdan gələn Bakı 2015 Avropa Oyunları zamanı ilk növbədə məhz anaları üçün yarışacaqlarını vurğulayır. Eyni zamanda, bizlərə də “Anam üçün!” kampaniyasına qoşulmaq şansı verilir.
Hər zaman idman və idmançıların tərəfdaşı olan Procter & Gamble şirkəti (P&G) bu dəfə də öz istehlakçılarını öz məhsulları vasitəsilə sevindirib.İndi hər kəs mağazalardan P&G məhsulu almaqla minlərlə hədiyyələrdən birinə sahib olmaq şansını əldə edə bilər. Hədiyyələr isə paltaryuyan və qabyuyan maşınlar, Bakı 2015 Avropa Oyunlarına biletlər və həmçinin müxtəlif xatirə suvenirlərindən ibarətdir.
Lotereyaya qoşulmaq üçün “2030” qısa nömrəsinə pulsuz mesaj vasitəsilə aldığınız P&G məhsulunun barkod nömrəsini göndərmək kifayətdir. Lotereya və ümumi kampaniya haqqında dəqiq məlumatları 088-440-00-00 pulsuz qaynar xəttindən, www.anamucun.az saytından və ya “Procter & Gamble Azərbaycan” Facebook səhifəsindən əldə edə bilərsiniz. Artıq P&G məhsullarını təkcə adi marketlərdən yox, həmçinin www.besmart.az saytından da almaq olar. Beləliklə, bu gündən etibarən biz ailələrimizi və həmçinin analarımızı P&G-dən qazanacağımız hədiyyələrlə sevindirə bilərik.
Əlavə məlumat üçün bildirmək istərdik ki, Bakı 2015 Avropa Oyunlarına biletlər www.baku2015.com saytından əldə oluna bilər. Sizi maraqlandıran məlumat sual-cavab formatında Biletlər bölməsində yerləşdirilib. Oyunların ailəvi izlənilməsi üçün isə 16 yaşa qədər olan uşaqlar üçün biletlər pulsuz olacaq.
Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 4.8 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
185