<b>Prezident Ağcabədidə bir sıra obyektlərin açılışını edib -</b> <span style="color:red;">YENİLƏNİB
28 noyabr 2017 16:10 (UTC +04:00)

Prezident Ağcabədidə bir sıra obyektlərin açılışını edib - YENİLƏNİB

0

 

Azərbaycan prezidenti, Ali Baş Komandan İlham ƏliyevAğcabədi rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

 

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

 

İ. Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraitinə baxıb. Ali Baş Komandana interaktiv təlim-məşq sistemi barədə məlumat verilib. Bildirilib ki, burada şəxsi heyətin sinif şəraitində atəş qabiliyyətinin artırılması təlimləri keçirilir.

 

Prezident daha sonra Ağcabədi rayonunda çörək və un məmulatları zavodunun açılışında iştirak edib. 

 

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına məlumat verib ki, hazırda Azərbaycanda gündəlik istehsal gücü 2,2 min ton olan 160-dan çox çörək istehsalı müəssisəsi fəaliyyət göstərir.

 

Bildirilib ki, altı hektar ərazidə yerləşən zavod iki istehsal sahəsindən ibarətdir. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. İstehsal olunan çörək “Ağcabədi çörəyi” brendi ilə istehlakçılara təqdim edilir.

 

Prezident İlham Əliyev müəssisəni işə salıb, istehsal prosesinə və hazır məhsullara baxıb.

 

Zavodda 50-dək yeni iş yeri yaradılıb və orta aylıq əməkhaqqı 400 manat təşkil edir.

 

***

 

14:22

 

Prezident İlham Əliyev Ağcabədiyə gedib.

 

Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, prezident Ağcabədidə Tarix-Diyarşünaslıq Muzeyinin yenidənqurmadan sonra açılışında iştirak edib və muzeydə yaradılan şəraitlə tanış olub.

 

Bu muzey 1980-ci ildən fəaliyyət göstərir. Əsaslı surətdə yenidən qurulan ikimərtəbəli binanın birinci mərtəbəsində fond otaqları, dəftərxana və digər inzibati otaqlar var. Burada, həmçinin 60 yerlik konfrans zalı da yaradılıb. İkinci mərtəbə isə ekspozisiya zallarından ibarətdir. Ekspozisiya zallarında “Təbiət”, “Arxeologiya”, “Etnoqrafiya”, “Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü” və “Görkəmli şəxsiyyətlər” adlı altı bölmə var. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Ağcabədi rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

 

Prezident Ağcabədi rayonuna səfəri çərçivəsində Bayraq Muzeyinin, Ağcabədi Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. Həmçinin, dövlət başçısı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 313

Oxşar yazılar