Bakıda kitab yarmarkası keçirilir
20 iyul 2014 10:58 (UTC +04:00)

Bakıda kitab yarmarkası keçirilir

Bakının mərkəzində kitab yarmarkası keçirilir. Lent.az-ın məlumatına görə, yarmarka Səbail rayonunda, Sahil bağında təşkil edilib. Səbail rayon İcra Hakimiyyətindən bildirilib ki, “Qanun” nəşriyyatının təşəbbüsü ilə keçirilən növbəti yarmarkada kitabların qiymətinə 20 % endirim edilib. Yarmarkada 700 adda 15 min kitab oxuculara təqdim edilir.

 

 

 Qeyd edək ki, Səbail rayonu İcra Hakimiyyəti ilə birgə təşkil olunan endirimli kitab yarmarkası iki gün ərzində davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 889

Oxşar yazılar