“Respublikanın ümumtəhsil məktəblərinin 1-ci sinifləri üçün “Azərbaycan dili” və “Riyaziyyat” dərsliklərinə dair yekun rəyə Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəsmi cavab göndərib”.
Bunu Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib. Mətbuat katibinin sözlərinə görə, şəffaflıq və obyektivliyin təmin edilməsi məqsədi ilə TQDK dərsliklərlə bağlı yekun rəy ilə yanaşı, nazirliyin rəsmi cavabları da TQDK-nın rəsmi saytında yerləşdirilib.
“ Təhsil Nazirliyinin göndərdiyi yekun rəydə ”Riyaziyyat 1” dərsliyinin 72-ci səhifəsində olan” çalışma 7” ilə bağlı göstərilmiş irada münasibət bildirilməyib. Göndərilmiş rəsmi cavabda müəyyən orfoqrafik səhvlərə yol verilib.
1-ci siniflər üçün “Azərbaycan dili” dərsliyində rəydə göstərilən 120 iraddan yalnız 18-i qəbul olunub. Bunlardan 6-sı keçilməyən hərfin mətnlərdə işlənməsi, 1-i üslub xətası, 2-si qrammatik xəta, 4-ü orfoqrafik səhv, 3-ü isə durği işarəsi səhvidir, 2-si isə texniki qüsurdur. TN-in rəyində bildirilib ki, 1-ci siniflər üçün “Azərbaycan dili” dərsliyi ilə bağlı TQDK-nın təqdim etdiyi yekun rəydə verilmiş bir çox qeydlər heç bir qaydaya əsaslanmayan subyektiv fikirlərdən ibarətdir.
1-ci siniflər üçün “Azərbaycan dili” dərsliyinə dair TQDK-nın yekun rəyində isə bəzi iradların subyektiv olduğu açıqlanıb.