8 şagird imtahandan qovuldu - NƏTİCƏLƏR AÇIQLANDI
11 iyun 2019 16:40 (UTC +04:00)

8 şagird imtahandan qovuldu - NƏTİCƏLƏR AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının II mərhələsinin nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a bildirilib ki, imtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahanın nəticələri saat 16:15-dən etibarən DİM-in internet saytında yerləşdirilib. 

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 40234 şagirddən 788 nəfəri imtahana gəlməyib. 8 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1120
avatar

Aygün İbrahimli

Oxşar yazılar