[b]7 dini icmanın qeydiyyatı ləğv edilib[/b]
15 dekabr 2017 17:10 (UTC +04:00)

[b]7 dini icmanın qeydiyyatı ləğv edilib[/b]

 

Dekabrın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib.

 
 
Lent.az-ın məlumatına görə, müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
 
 
Tədbirdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin önəminə toxunan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu tarixi addımla böyük bir missiyanı üzərinə götürən ölkəmizin İslam həmrəyliyinin bərqərar olmasında özünəməxsus mövqeyinin möhkəmləndirilməsinə, həmrəyliyin formalaşdırılmasına yönələn fəaliyyət istiqamətləri barədə danışıb. Bu il çərçivəsində Prezident İlham Əliyevin Sərəncamı ilə hazırlanan Tədbirlər Planına əsasən Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə ölkə daxilində və xaricdə bir sıra önəmli tədbirlər keçirdiyini bildirib. Tədbirlərin İslam dini və mədəniyyətinin, eləcə də həmrəyliyin mahiyyətinin çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
 
 
Daha sonra gündəliyə uyğun olaraq, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımovun məruzəsi dinlənilib. Şöbə müdiri cari ildə şöbənin Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə birlikdə uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində 73 dini maarifləndirmə tədbirinin keçirildiyini diqqətə çatdırıb.  O, eyni zamanda şöbə tərəfindən mövcud qanunvericiliyin tələblərinə cavab verməyən 7 dini icmanın ləğv edilməsinin, 2 dini icmanın dövlət qeydiyyatına alınmasının təmin edildiyini vurğulayıb. İnzibati hüquqi müstəvidə dini qurumların fəaliyyət qaydasının pozulması, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyat satışı ilə bağlı inzibati xəta haqqında protokolun tərtib edilərək məhkəmələrə göndərildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

Oxşar yazılar