79 yaşlı kişinin əkiz uşağı oldu, ana onları xəstəxanada atdı
02 sentyabr 2014 11:05 (UTC +04:00)

79 yaşlı kişinin əkiz uşağı oldu, ana onları xəstəxanada atdı

Masallıda tükürpədici hadisə baş verib. Ana yenicə dünyaya gətirdiyi əkiz uşaqlarından imtina edib. “Lent.az”ın məlumatına görə, hadisə rayonun Boradigah qəsəbəsində, sahə xəstəxanasında qeydə alınıb. Masallının Şatıroba kənd sakini, 33 yaşlı Şahnaz Həsən qızı Nəzərova əri, 79 yaşlı Əliniyaz Əşrəf oğlu Nəzərovla nikahından əkiz – qız və oğlan uşağı dünyaya gətirib. Amma doğuşdan cəmi bir neçə saat sonra ana övladlarını doğum şöbəsində qoyaraq, sakitcə evinə qayıdıb.

 

79 yaşlı Əliniyaz Nəzərov 3 dəfə evlilik həyatı yaşayıb. Şahnaz Nəzərova ilə izdivacdan hazırda 3 övladı – 2 oğlu, 1 qızı var.
Aidiyyəti qurumların müdaxiləsi ilə hər iki körpə Bakıdakı uşaq evlərinin birinə yola salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7298
avatar

Oxşar yazılar