763 müəllim müsahibə mərhələsinə keçib
27 aprel 2018 17:01 (UTC +04:00)

763 müəllim müsahibə mərhələsinə keçib

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlər dünəndən başlayaraq müsahibələrə cəlb edilib. Lent.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, bu gün də davam edəcək prosesdə 763  nəfər iştirak edir.

 

Müsahibələr Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilir. Prosesə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilən müəllimlər qatılırlar.

 

Qeydiyyatdan keçənlərin hər biri məlumatlandırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar