<span style="color:red;">Bakıda 6 nəfər içkidən bu günə düşdü : "Polis onları küçədən..."
30 iyun 2018 13:03 (UTC +04:00)

Bakıda 6 nəfər içkidən bu günə düşdü: "Polis onları küçədən..."

“Həftə ərzində 6 nəfər sərxoş vəziyyətdə toksikologiya şöbəsinə gətirilib”.

Bu barədə Lent.az-a Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib.

A.Maqsudov məlumat verdi ki, onların bəzilərini polis, bəzilərini isə təcili tibbi yardım briqadası küçədən toksikologiyaya gətirib: “Yaşları 30-35 arasında olan bu şəxslərin spirtli içki qəbul etdikdən sonra halları pisləşib. Onlar şöbədə müayinə olunduqdan sonra evə buraxılıblar”.

Toksikoloq qeyd etdi ki, spirtli içki hər bir kəs üçün zərərlidir, əsasən də yetkinlik yaşına çatmayanlar üçün: “Ümumiyyətlə, biz mütəxəssislər böyüklərə də içki içməyi məsləhət görmürük. Çünki içkinin dozasından asılı olmayaraq, həm ürək-damar, həm də qaraciyər sisteminə həddindən artıq toksiki təsir göstərir. Bu cür anomal istilərdə isə ikiqat təhlükəlidir. Qan təzyiqinə, ürək,  qaraciyər fəaliyyətinə mənfi təsir edir. Buna görə zəhərlənmə bir neçə dəfə tez qana sovrulur və fəsad verir”.    

“Miqdarından asılı olmayaraq içkidən zəhərlənmə hallarında başgicəllənmə, nəfəs çatmazlığı, ürəkbulanma, bəzi hallarda qusma əlamətləri ilə müşahidə olunur. Onlar qarın nahiyəsində şiddətli ağrılar və bu kimi şikayətlərlə toksikologiyaya müraciət edirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Yasəmən Bağırova

Oxşar yazılar