6 ayda əmək qanunvericiliyi 3277 dəfə pozulub
15 aprel 2014 16:06 (UTC +04:00)

6 ayda əmək qanunvericiliyi 3277 dəfə pozulub

Bu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı  ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 3277 fakt aşkar edilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

 

Həmin hüquq pozuntuları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, aidiyyatı işəgötürənlərə tətbiq olunan cərimələrin məbləği ötən ilin birinci rübünə dair müvafiq göstərici ilə müqayisədə 14,1 dəfə çox olub.  Eyni zamanda, tətbiq olunmuş cərimələr üzrə ödənilən məbləğ 2013-cü ilin ilk rübündə ödənilən məbləğlə müqayisədə 21,1 dəfə artıb.

 

Aparılan işlərin əsas məqsədi əmək qanunvericiliyinə əməl olunması, o cümlədən işçi vətəndaşların əməyinin mühafizəsi ilə işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600

Oxşar yazılar