Media İnkişaf Mərkəzi ikinci seminarını keçirdi
21 iyun 2014 20:03 (UTC +04:00)

Media İnkişaf Mərkəzi ikinci seminarını keçirdi

İyunun 21-də Media İnkişaf Mərkəzin İctimai Birliyinin Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı müzakirələrin təşkili” layihəsi çərçivəsində ikinci seminarı keçirilib. 

 

Tədbirdə “Milli-mənəvi dəyərlərimizin təbliğində sosial medianın rolu” mövzusunda müzakirələr aparılıb. Müzakirələrdə ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri, media nümayəndələri və sosial şəbəkədə fəal olan gənclər iştirak ediblər.

 

Birliyin sədr müavini S.İsmayılov çıxışında bildirib ki, yenilənmək, inkişaf etmək, sivil dünyanın bir parçası olmaq nə qədər vacibdirsə, cəmiyyətimizin malik olduğu mənəvi dəyərlərdən uzaq düşməməsi də bundan daha artıq vacibdir: “İnternet medianın və xüsusilə sosial şəbəkələrin fəaliyyətini genişləndirdiyi bir vaxtda formalaşmaqda olan gənc nəslin bu dalğanın mənfi təsirlərindən kənarda saxlanılmasına diqqət yetirilməlidir. Hesab edirik ki, bu məsələ Azərbaycan cəmiyyəti üçün çox vacib məsələlər sırasındadır. Milli-mənəvi dəyərlərimizə, etik normalara sadiq nəslin formalaşdırılması üçün medianın üzərinə ciddi məsuliyyət düşür”.

 

Tədbirdə gənclər təşkilatlarının təmsilçiləri, həmçinin media nümayəndələri çıxış edərək, sosial medianın imkanlarından gənc nəslin tərbiyəsində istifadə olunmasının vacibliyini bildiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 398
avatar

Oxşar yazılar