<b>5376 vətəndaş sosial mənzil əldə edəcək </b>
13 iyul 2017 17:01 (UTC +04:00)

5376 vətəndaş sosial mənzil əldə edəcək

0

 

Sosial evlər üçün müraciət edənlərin sayı açıqlanıb.

 

Mənzil İnşaatı Dövlət Agentliyinin ( MİDA) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 30-dan etibarən Elektron Hökumət portalında “Güzəştli mənzil” elektron sistemi istifadəyə verilərək vətəndaşların müraciətlərinin qəbulu prosesinə start verilib. Ötən müddət ərzində “Elektron hökumət” portalında yaradılmış bu sistem vasitəsilə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınıb, müvafiq kateqoriyalara aid olan 5376 vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün elektron kabinetin yaradılması təmin edilib.

 

Qeyd edək ki, vətəndaşların rahatlığı üçün, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə müraciəti qeydiyyata alaraq elektron kabinetin yaradılmasında köməklik göstərmək məqsədilə müraciətlərin elektron qaydada qəbulu ilə yanaşı müvafiq “ASAN xidmət” mərkəzləri vasitəsilə də qəbul olunması təşkil olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar