53755 nəfər ali məktəblərə ikinci dəfə imtahan verəcək
23 may 2017 10:08 (UTC +04:00)

53755 nəfər ali məktəblərə ikinci dəfə imtahan verəcək

 

Yayda keçiriləcək qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başa çatıb.

 

Lent.az-ın məlumatına görə, ümumilikdə elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanına qeydiyyatı olub yay imtahanına da qeydiyyatdan keçən abituriyentlərin sayı 53755 nəfər, təsdiq edilmiş elektron ərizələri olmayan və sonradan elektron ərizə doldurub qeydiyyatdan keçən abituriyentlərin sayı 5113 nəfər, təsdiq edilmiş elektron ərizədə qeyd olunmayan imtahan seçimlərinin elektron ərizəyə əlavə edən abituriyentlərin sayı isə 9264 nəfər təşkil edib.

 

Qeyd edək ki, I-IV qruplar üzrə ikinci qəbul imtahanı iyul ayında keçiriləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 213

Oxşar yazılar