52 min manatlıq müsabiqə
02 mart 2013 18:34 (UTC +04:00)

52 min manatlıq müsabiqə

 

 

Prezident yanında Elmin İnkişafı Fondunun (EİF) Azərbaycanda təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində elmi-tədqiqat işləri ilə məşğul olan alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara xaricdə elmi tədbirlərdə, qısamüddətli təcrübə keçmədə iştirak, alınmış elmi nəticələrin tanıdılması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması imkanı yaratmaq üçün xüsusi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün birinci “Mobillik qrantı” müsabiqəsinin nəticələri elan edilib.

Bu barədə Lent.az-a EİF-dən Lent.az-a məlumat verilib. Fond müsabiqənin keçirilməsi haqqında qərarını bu il yanvarın 7-də internet səhifəsində və kütləvi informasiya vasitələrində elan etmiş, qrant layihələrinin qəbulu üçün müddəti yanvarın 8-dən fevralın 8-dək müəyyənləşdirib.

Müsabiqəyə ümumilikdə 29 layihə daxil olub, fevralın 9-dan 27-dək onların ekspertizası təşkil edilib. Müsabiqənin qaydalarına və tələblərinə cavab verməyən 11 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 18 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb.
EİF-in icraçı direksiyası, daimi və müstəqil elmi ekspertlər təqdim edilmiş layihələrin səviyyəsini, onların yerinə yetirilməsi imkanlarını və potensialını ekspertiza qaydalarına uyğun olaraq qiymətləndirmiş, həmçinin maliyyələşdirilmənin məqsədəuyğunluğu, həcmi barədə fondun Himayədarlar Şurası üçün arayışlar hazırlamışlar. Hər bir layihə üzrə hazırlanmış və müvafiq məlumatların daxil olduğu yekun sənədlər toplusuna Himayədarlar Şurasının martın 1-də keçirilmiş iclasında baxılıb, layihələr müzakirə olunmuş və yekun qərar qəbul edilib.
Cari il üçün birinci “Mobillik qrantı” müsabiqəsi üzrə 16 qalib layihə müəyyənləşdirilmiş və EİF-in qərarı ilə təsdiq edilmişdir. Müsabiqə üzrə ümumi maliyyələşdirilmə məbləği 52.000 manat olub.
EİF-in icraçı direksiyası ilə qalib layihələrin rəhbərləri arasında, layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla, müvafiq müqavilə bağlanılacaq və qanunvericiliyə uyğun olaraq, Ədliyyə Nazirliyində qeydiyyatdan keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807
avatar

Oxşar yazılar