397 nəfər imtahan gəlməyib, 3 nəfərin nəticələri ləğv olunub
13 iyun 2015 14:29 (UTC +04:00)

397 nəfər imtahan gəlməyib, 3 nəfərin nəticələri ləğv olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 11-də  keçirilən buraxılış imtahanları ilə bağlı statistik məlumatları açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, IX sinif üzrə keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 25224 şagirddən 397 nəfəri imtahana gəlməyib. TQDK-nın internet saytında 24827 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 7 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb. 

XI sinif üzrə isə imtahanda iştirakı nəzərdə tutulan 20865 şagirddən 449 nəfəri imtahana gəlməyib, 3 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20413 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 39 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar