27 yaşlı gənc ölümlə çarpışır - <span style="color:red;">YARDIM
04 sentyabr 2017 13:06 (UTC +04:00)

27 yaşlı gənc ölümlə çarpışır - YARDIM

0

Zərdab rayonu, İsaqbulaq kənd sakini 27 yaşlı İlqar Əyyub oğlu Hacızadəyə təcili qaraciyər köçürülməlidir. Qaraciyər serrozu diaqnozu qoyulan gəncə həkimlər tezliklə əməliyyat olunmazsa, öləcəyini deyib.

 

İlqara donorluğu elə onun öz həyat yoldaşı edəcək. Mərkəzi Neftçilər Xəstəxanası xəstənin əməliyyatına razılıq verib. Lakin əməliyyat üçün 50 min manat pul tələb olunur. Ailənin isə bu məbləği ödəməyə gücü çatmır. İndi onun ümidi xeyirxah insanlara qalıb.

 

İlqar Lent.az-a müraciət edərək imkanlı şəxslərin ona kömək etməyini xahiş edir.

 

İlqara kömək etmək istəyən şəxslər 051 410 77 76 nömrəli telefona (İ. Hacızadənin atası) müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar