24 dərəcə isti olacaq
22 oktyabr 2013 12:58 (UTC +04:00)

24 dərəcə isti olacaq

 

Bakı və Abşeron yarımadasında oktyabrın 23-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi məlumata görə, axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağma ehtimalı var. Şimal küləyi axşam arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur. Lakin axşama doğru şimal rayonlarından başlayaraq yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

 

 

 

# 1422

Oxşar yazılar