24 129 uşaq məktəbəhazırlıq qrupunu başa vurub
01 iyun 2018 12:44 (UTC +04:00)

24 129 uşaq məktəbəhazırlıq qrupunu başa vurub

Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında məşğələlər ötən gün başa çatıb. Bu barədə Lent.az-a Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, 2017-2018-ci tədris ilində BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində 868 məktəbəhazırlıq qrupunda 24 129 uşaq məşğələyə cəlb olunub. 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub. 2017-ci ildə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ümumilikdə, 5 yaşlıların 65 faiz həddinə çatdırılıb.

Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrdan başlanır və mayın sonunda başa çatır.

Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Gün ərzində 3 məşğələ tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlı uşaqların 75 faizini təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364
avatar

Yasəmən Bağırova

Oxşar yazılar