APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Bakı şəhəri Nəsimi rayonundakı 23 saylı orta məktəbə Tahir Həsənovun adı verilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 3 iyul 2014-cü il tarixli qərarına qədər 23 saylı məktəb Milli Qəhrəman Tahir Həsənovun adını daşıyıb. Nazirlər Kabinetinin 3 iyul 2014-cü il tarixli qərarı ilə T.Həsənovun adı məktəbin adından çıxarılıb. Son qərara əsasən isə yenidən məktəb Milli Qəhrəmanın adını daşıyacaq. T.Həsənov bu məktəbdə təhsil alıb.