225 nəfər azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb. Lent.az xəbər verir ki, bu barədə məlumat Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili ilə bağlı hesabatında yer alıb.
Hökumətlərarası müqavilələrə əsasən, tələbələrdən 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər Rumıniyada təhsil almaq hüququ qazanıb.
Həmçinin 2017-2018-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edir. Bu isə ötən illə müqayisədə 10 faiz artım deməkdir. 2018-ci ilin əvvəllərində hökumətlərarası müqavilələr çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstanda, Rumıniyada, Latviyada və Çində təhsil məqsədi ilə Təhsil Nazirliyi tərəfindən seçimlər aparılıb, 250-ə yaxın Azərbaycan Respublikası vətəndaşının namizədliyi təsdiq olunmaq üçün müvafiq ölkələrin aidiyyəti qurumlarına təqdim edilib.