Əmlak Məsələləri Dövlət Komitəsi 2012-ci ildə daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı statistikanı açıqlayıb.
Lent.az-ın Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ildə respublika üzrə 151 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb.
Bunlardan 42 minə yaxını ilkin, 108 minə yaxını isə təkrar qeydiyyat olub.