Səhiyyə nazirinin müavini Elsevər Ağayev 1 yaşadək uşaqların ölüm halları bağlı statistik göstəricilərin artmasına münasibət bildirib. Lent.az-ın məlumatına görə, nazir müavini vurğulayıb ki, diridoğulma üzrə yeni meyarlara keçilib. Artıq bu ildən statistika diridoğulmaın yeni meyarları üzrə aparılacaq: “Bu, Ümumdünya Səhiyyə Təşkilatı və UNİCEF-in tələbi idi. Biz də bu yeniliyi etdik. Diridoğulmanın meyarları yeni qəbul olunduğundan söz yox ki, 1 yaşadək uşaqlar arasında ölüm halları ilə bağlı statistik rəqəmlərdə də bir qədər yüksəliş olacaq. Әvvəllər diridoğulma 1000 qramdan yuxarı doğulan uşaqlar üçün hesab olunurdusa, indi 500-1000 qram arasında doğulan uşaqlar da diridoğulma kimi qəbul olunur. Ona görə də söz yox ki, bu, statistik məqamlara öz təsirini göstərəcək”.
1 yaşadək uşaqların ölüm statistikası arta bilər
0
0
0
0