Səhiyyə Nazirliyi nazirliyin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat yayıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Qaynar xətt” xidmətinə bu ilin yanvar ayı ərzində 438 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 294-ü (21 əsaslı, 149-u isə əsassız) şikayət, 118 – sorğu xarakterli, 26-sı aidiyyəti üzrə deyil, 124-ü isə cari problemlərlə bağlı olub.
“Qaynar xətt” xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.