18 milyardlıq Dubay şahzadəsinin Azərbaycan gəzintisi
26 mart 2015 11:10 (UTC +04:00)

18 milyardlıq Dubay şahzadəsinin Azərbaycan gəzintisi

 

 

Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycana səfərindən yeni fotolar yayımlanıb

 

Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycana səfərindən yeni fotolar yayılıb.

 

Lent.az-ın “ans press”ə istinadən məlumatına görə, Bakıya səfəri zamanı paytaxtımızın görməli yerlərinə gəzən Dubay şahzadəsi Qız Qalasında, İçəri şəhər və Dağüstü parkda olub.

 

4 gün Azərbaycanda səfərdə olan Dubay Əmirinin gənc varisi ölkəmizə qohum və dostları ilə gəlib. Həmdan bin Məhəmməd bin Rəşid Mil-Muğan bölgəsinə səfər edib və orada ov edib. Fotolardan göründüyü kimi şəhzadəyə VİP turizm xidməti göstərilib.

 

Şahzadə və onun təbəələrini hətta helikopter müşayiət edib.

 

 

Şəhzadə Qəbələdə də olub və kanata minib. Azərbaycanda keçirdiyi 4 gün ərzində Həmdan bin Məhəmməd bin Rəşid maraqlı fotolar çəkib.

 

Şəkil çəkməyə maraqlı olan gənc milyarder dostları ilə əyləncəli anlarını kamerasına qeyd edib.

 

Qeyd edək ki, Dubay şeyxinin oğlu Həmdan təxminən 18 milyard dollarlıq mirasın varisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar