Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi dəyişdirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyev tutduğu vəzifədən azad edilib.
Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə həmin vəzifənin icrası 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsinin rəis müavini vəzifəsində işləmiş Elçin Əlicanova həvalə olunub.