Bu il müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində və bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb.
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabatında qeyd olunub ki, eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib.
Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu üzrə müsabiqə keçirilib. Müsabiqənin nəticəsinə əsasən, ümumilikdə 6 min nəfərə yaxın şəxs müəllim adını qazanıb.