15 gündə 6500 müraciət
31 yanvar 2013 12:03 (UTC +04:00)

15 gündə 6500 müraciət

“Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzi fəaliyyətə başladığı gündən indiyə kimi 6500-ə yaxın vətəndaş bu mərkəzin xidmətlərindən yararlanıb”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

 

Agentlik sədri qeyd edib ki, çox qısa müddətdə fəaliyyət göstərmələrinə baxmayaraq “ASAN xidmət” mərkəzi müraciət edənlərin sayı həddindən çoxdur: “Mərkəzdə xidmətləri aidiyyatı dövlət qurumları həyata keçirir. Bizim vəzifəmiz bu dövlət qurumlarına xidmətin göstərilməsi üçün müvafiq şəraiti yaratmaqdır. “ASAN xidmət” mərkəzinə insanlar əsasən gündəlik ünsiyyətdə olduğu dövlət qurumları ilə bağlı müraciətlər edir. Hesab edirəm ki, bütün sahələrlə bağlı vətəndaşlar müraciət edir və hər dəfə məmnunluqlarını ifadə edirlər”.

 

İ.Kərimov  onu da vurğulayıb ki, fəaliyyətə başladığı 15 gün ərzində “ASAN xidmət” mərkəzlərində hər hansı bir narazılıq və ya neqativ hal qeydə alınmayıb. Onun sözlərinə görə, neqativ halların baş verməməsi və şəffaflığın təmin edilməsi üçün daim müvafiq  tədbirlər həyata keçirilir.

 

Anar

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar