“Məlumata görə, 13229 nəfər bakalavr elektron ərizəsini dolduraraq, Sənəd Qəbulu Komissiyalarında təsdiq etdiriblər”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Mətbuat katibinin sözlərinə görə, magistraturaya qəbul imtahanlarında iştirak etmək istəyənlər fevralın 22-dək ərizələrini təsdiqlətdirə bilərlər.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 3-də keçiriləcək. Magistraturaya proqram seçimi iyunun 3-dən 11-dək, qəbul imtahanının ikinci mərhələsi iyunun 23-də, ixtisas seçimi isə iyunun 26-dan 28 – dəkdir.