12 illik təhsilə keçid qanuniləşdi - YENİLƏNİB
25 oktyabr 2013 10:29 (UTC +04:00)

12 illik təhsilə keçid qanuniləşdi - YENİLƏNİB

Azərbaycanda çoxdan müzakirəsi aparılan 12 illik təhsilə keçid artıq qanuniləşdi. Lent.az-ın məlumatına görə,  12 illik ümumi təhsilə keçid “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji hədəf kimi müəyyən olunub.
 

Təhsilin əsas strateji hədəf və tədbirləri sırasında məktəbə hazırlıq təhsilinin (1 il) icbariliyinin təmin olunması, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması, 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinə mərhələli şəkildə keçidi təmin etməklə, 12 illik ümumi təhsil sisteminin yaradılması, tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsi də yer alıb.

 

Strategiyada həmçinin uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların yaradılması, uşaqların davamlı inkişafına yönəlmiş pedaqoji fəaliyyətə dəstək vermək məqsədi ilə valideynlərin sistemli şəkildə pedaqoji-psixoloji maarifləndirilməsi üçün “Səriştəli valideynlər” proqramının təşkili, səriştə əsaslı ümumi təhsil standartları və kurikulumlarının hazırlanması, 12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumlarının yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə bölünməsi, kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması kimi müddəalar da əks olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8522
avatar

Oxşar yazılar