11 saylı cəzaçəkmə müəssisinə yeni rəis təyin olunub. Lent.az-ın Penitensiar Xidmətin saytına istinadən verdiyi məlumata görə, Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icrası ədliyyə polkovnik-leytenantı Mahir Yasəf oğlu Əliyevə həvalə edilib.
Ədliyyə polkovnik-leytenantı Mahir Əliyev 1986-cı ildən cəza-icra orqanlarında xidmət edir. 2011-ci ildən Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini vəzifəsində çalışıb.